XİN Qazaxıstanda baş vermiş partlayışla bağlı başsağlığı verib

Xəbərlər

27.08.2021 - 16:36

“Partlayış bizi çox kədərləndirdi”

 

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

 

 “Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə qeyd olunub.

 

Qeyd edək ki, Qazaxıstanın Cambul vilayətində hərbi hissənin silah-sursat anbarında baş vermiş parlayışda 9 nəfər ölüb, 90 nəfər xəsarət alıb.

 

Müəllif: Ayna.az