XİN: “Panama kanalının suverenliyi müzakirə mövzusu deyil”

Dünya

08.01.2025 - 13:48

Həkimlər Klinikalar SEO Xidməti

“Kanalımız bəşəriyyətə və onun ticarətinə xidmət etmək məqsədi daşıyır”

“Panama Panama kanalının suverenliyi məsələsini müzakirə etmək niyyətində deyil”. AYNA CNN-ə istinadən bildirir ki, bu sözləri Panamanın xarici işlər naziri Xavyer Martinez-Aça Vazkes deyib.

“Kanalımızın suverenliyi müzakirə mövzusu deyil. Kanalımız bəşəriyyətə və onun ticarətinə xidmət etmək məqsədi daşıyır. Bu, bizim dünyaya təklif etdiyimiz ən böyük dəyərlərdən biridir: beynəlxalq ictimaiyyətə heç bir münaqişədə iştirak etməyəcəyimizə zəmanət vermək”.

Diplomat əlavə edib ki, "kanalı idarə edən yeganə qüvvə panamalılardır və bu, həmişə belə olacaq".

Nazir ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın jurnalistlərə kanalı Amerikanın nəzarətinə qaytarmaq üçün güc tətbiqini istisna etmədən, Panama hakimiyyəti ilə kanal məsələsini müzakirə etdiyini deməsindən sonra bu bəyanatla çıxış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş