XİN-dən Ukraynadakı vətəndaşlarımıza çağırış

Aktual

02.03.2022 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

"Ukrayna sərhədini keçdikdən sonra, ilk növbədə, Azərbaycan səfirliyi ilə əlaqə saxlayın"

"Ukrayna ərazisindən Azərbaycan vətəndaşlarının keçidi ilə bağlı sosial şəbəkələr vasitəsilə çoxsaylı müraciətlər daxil olur. Bilirsiniz ki, insanların sərhəd məntəqələrinə axını səbəbindən uzunluğu kilometrlərlə ölçülən növbələr yaranır. Bu səbəbdən insanlar saatlarla növbədə gözləməli olurlar. Polşadan əldə etdiyimiz son məlumata əsasən, bu günlər ərzində çoxsaylı keçidlər səbəbi ilə ölkənin əsas şəhərləri olan Varşavada və Krakovda məntəqələr dolub. Buna görə də bu ölkədə olan vətəndaşlarımız Polşa hökuməti tərəfindən təşkil olunmuş avtobuslarla digər şəhərlərə göndərilir".

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva mətbuat konfransında bildirib.

L.Abdullayeva bildirib ki, vətəndaşlarımız, sərhədi keçdikdən sonra, ilk növbədə, Azərbaycanın həmin ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq, özləri, yerləşdikləri ünvan, eyni zamanda, mobil telefon nömrələri haqqında məlumat verməlidirlər. Həmin vətəndaşlarımız səfirlikdə qeydiyyata alınmalıdırlar ki, növbəti günlərdə təxliyə prosesi zamanı onların qeydiyyatı nəzərə alınsın.

“Ukraynada olan vətəndaşlarımızdan təhlükəsizlik tələblərinə ciddi riayət etmələrini xahiş edirik. Onların hərbi qüvvələrin cəmləşdiyi, hərbi infrastrukturun olduğu yerlərdən kənar və uzaq olmaları, təhlükəsiz yerlərdə, öz evlərində qalmaları məsləhət görülür”, - deyə XİN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş