Düşmənin daha bir döyüş bayrağı ələ keçirilib

Aktual

08.10.2020 - 11:36

Bu, düşmənin ələ keçirilən sayca ikinci bayrağıdır

 

Ermənistanın milli “qəhrəmanı” Vardan Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci Xüsusi Motoatıcı Briqadasının döyüş bayrağı ələ keçirilib. Bu, düşmənin ələ keçirilən sayca ikinci bayrağıdır.

 

AYNA xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

 

Qeyd edək ki, sentyabrın 30-da Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

Müəllif: Ayna.az