Xidmət yerini dəyişən prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası veriləcək

Xəbərlər

05.10.2021 - 23:57

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əli Əsədov qərar imzalayıb 

Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi qaydasının təsdiq edilməsi ilə bağlı 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edib.

AYNA xəbər verir ki, müfaviq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərara əsasən, pul kompensasiyası hər ay prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə də veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş