Rayonlardan arzuolunmaz xəbərlər var

Hadisə

22.06.2019 - 16:00

Hər iki faktla bağlı araşdırma aparılır

 

Daşkəsən rayon sakini 24 yaşlı Cəfərova Leyla yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. AYNA xəbər verir ki, xəstəxanaya yerləşdirilən gənc qızın vəziyyəti ağırdır.

 

Daha bir intihara cəhd hadisəsi Cəlilabadda qeydə alınıb. Rayonun Abışabad kəndinin sakini Adışov Arif Bəhman oğlu kimyəvi məhlul içərək intihara cəhd edib. O, dərhal yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb. Hadisələrin başvermə səbəbləri hələlik məlum deyil.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə