Xəzəryanı ölkələrin XİN başçıları Aşqabadda görüşəcəklər

Xəbərlər

14.08.2024 - 14:56

cedabet dərman SEO Xidməti

Görüş ilin sonuna planlaşdırılıb

İlin sonunda Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır. AYNA Türkmənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkmənistandakı müvəqqəti işlər vəkili Pyotr Şukin bildirib.

“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən ən mühüm birləşdirici halqa kimi rolu daha da artacaq. Xəzər regionunun bütün dövlətlərindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti də artır, onun inkişafı üzrə işlər hazırda fəal şəkildə aparılır”.

Onun sözlərinə görə, bu günə qədər 9 beştərəfli dövlətlərarası saziş və protokollarla regional əməkdaşlıq üçün təsirli hüquqi baza yaratmaq mümkün olub. Bir sıra digər sənədlər işlənmə mərhələsindədir və ya ratifikasiya mərhələsindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş