Bakı-Qazax yolunda avtomobil qəzası: iki ölü, bir yaralı

Hadisə

04.08.2019 - 12:59

1 kişi və 1 qadın hadisə yerində dünyasını dəyişib

 

Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun Şıxlar kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA virtualaz.org-a istinadən bildirir ki, yolun kənarında dayanmış, içərisi sərnişinlə dolu olan "Azsamand" markalı minik maşınını arxadan "KamAZ" vurub.

 

Hadisə nəticəsində minik maşınında olan 2 nəfər - 1 kişi və 1 qadın hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan daha bir qadın sərnişin isə xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az