Xəzərdə zəlzələ olub

Hadisə

08.04.2026 - 13:47

Zəlzələ cənub bölgəsində hiss edilib

Xəzər dənizində zəlzələ olub. AYNA.AZ APA-ya istinadən bildirir ki, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi açıqlamaya görə, 70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.

Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş