Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Qeyd edək ki, təchizat gəmisində yanğın iyulun 31-də başlayıb.