Xəzərdə küçələr təmir edilir

Xəbərlər

09.08.2021 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Artıq Qala qəsəbəsi üzrə 3 küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir

 

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobuslarının hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, cari ildə Xəzər rayonunun Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7,6 kilometr olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1,2 kilometrlik 1 küçə, Qala qəsəbəsi üzrə isə uzunluğu 7,5 kilometr olan 3 yol, (ümumi uzunluğu 16,3 kilometr) küçə və yolların təmir-tikinti işləri həyata keçirilir.

 

Artıq rayonun Qala qəsəbəsi üzrə ümumi uzunluğu 7,5 kilomert olan 3 küçədə rahat gediş-gəlişin təmin olunması istiqamətində agentlik tərəfindən aparılan təmir işləri yekunlaşmaq üzrədir.

 

Təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

 

Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Bununla yanaşı, rayonun Binə qəsəbəsi üzrə də cari ilin İnvestisiya Proqramında nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib. Artıq qəsəbənin 3600 metr uzunluğa malik Nəsimi küçəsində təmir işləri yekunlaşıb. Bolluq massivi, Cəfər Cabbarlı, Nizami və Bünyadzadə küçələrində isə təmir işləri son mərhələ üzrə davam etdirilir.

 

Görülən işlərin ardıcıllığına uyğun olaraq, rayon üzrə Buzovna qəsəbəsində uzunluğu 1200 metr təşkil edən Xəzər küçəsinin təmiri işləri icra olunacaq.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılır.

 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən, ümumi uzunluğu 100 kilometrdən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş