Xətai rayonunun bir hissəsində su olmayacaq

Xəbərlər

27.05.2020 - 11:29

Yeni çəkilmiş magistral su xətti şəbəkəyə qoşulur

 

Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AYNA-ya verilən məlumata görə, su verilişinin məhdudlaşdırılması yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqadardır.

 

Bu səbəbdən də, 27 may 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə, Xocalı pr, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələri içməli suyun verilişi dayandırılacaq.

Müəllif: Ayna.az