7 avtomat, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlifçaplı patron aşkar olunaraq götürülüb
Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar tapıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, keçirilən tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlifçaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.