Xameneyinin təyyarəsi məhv edilib

Dünya

16.03.2026 - 15:08

Mehrabad Hava Limanında təyyarə məhv edilib

İsrail Müdafiə Qüvvələri İranın öldürülən Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini daşıyan təyyarənin məhv edildiyini açıqlayıb. AYNA.AZ İsrail mediasına istinadən bildirir ki, məlumatda təyyarənin Tehranın Mehrabad Hava Limanında hədəfə alınan zərbə ilə məhv edildiyi qeyd olunub.

Ordu təyyarənin İranın keçmiş Ali Rəhbəri Xameneyi tərəfindən istifadə edildiyini iddia edib.

16 mart səhəri "Əl-Hədət" qəzeti Tehranın kənarında yerləşən Mehrabad Hava Limanında bir təyyarənin intensiv hava hücumlarından sonra alovlandığını yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş