Xameneyi: “Tehranın nüvə silahına ehtiyacı yoxdur”

Dünya

24.09.2025 - 14:16

“Tehran uranı zənginləşdirmək hüququ ilə bağlı xarici təzyiqlərə boyun əyməyəcək”

“Tehranın nüvə silahına ehtiyacı yoxdur və ondan istifadə etməyə də ehtiyac görmür”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

“Bizim bu cür silahlara ehtiyacımız yoxdur, biz onlardan imtina etmək qərarına gəldik”, - bildirib.

Eyni zamanda, o əlavə edib ki, Tehran uranı zənginləşdirmək hüququ ilə bağlı xarici təzyiqlərə boyun əyməyəcək.

Xamenei həmçinin bəyan edib ki, hazırda ABŞ-la danışıqlar Tehrana xeyir verməyəcək, əksinə, zərər verəcək.

“ABŞ hökuməti ilə danışıqlar heç bir şəkildə İranın milli maraqlarına uyğun deyil, bizə heç bir fayda gətirməyəcək və bizi heç bir zərərdən qoruya bilməyəcək”, Xamenei əlavə edib ki.

Onun sözlərinə görə, hazırkı şəraitdə ABŞ-la danışıqlar İrana düzəlməz ziyan vuracaq.

Avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpası mexanizminin təşəbbüskarı olub. Cümə günü Şura İrana qarşı sanksiyaların yenidən tətbiq edilməməsinə dair qətnaməni rədd edib. Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Təhlükəsizlik Şurasının doqquz üzvü (ABŞ, Böyük Britaniya və Fransa daxil olmaqla) əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş