Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın olub

Xəbərlər

31.08.2025 - 19:34

Yanğın 3 hektar ərazini əhatə edib

Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, İdman Kompleksinin yaxınlığında, “Şollar” su kəmərinin mühafizə zolağında başlayan yanğın 3 hektar ərazini əhatə edib.

Nəticədə kol-kos, müxtəlif ağaclar yanıb. Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb, fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hazırda soyutma işləri görülür. Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş