Vyetnamda Su-22 qırıcıları təlim uçuşu zamanı qəzaya uğrayıb

Dünya

09.01.2024 - 21:21

cedabet dərman SEO Xidməti

Qırıcı uçuş-enmə zolağından 19 km cənubda qəzaya uğrayıb

Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus Su-22 qırıcısı mərkəzi Quanq-Nam əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb, pilot katapult edib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, havaya qalxdıqdan 10 dəqiqə sonra pilot hərbi təyyarədə problemlər olduğunu bildirib və ona qırıcını insanların yaşadığı ərazidən uzaqlaşdırmaq əmri verilib.

Qeyd edilib ki, qırıcı uçuş-enmə zolağından 19 km cənubda qəzaya uğrayıb, katapult edən pilotun səhhəti sabitdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş