Vyaçeslav Volodin: "Gürcüstan suverenlik şansından məhrum oldu"

Dünya

10.03.2023 - 13:17

cedabet dərman SEO Xidməti

“Vaşinqtonun diktə etdiyi qaydalarla razılaşmayan istənilən dövlət “rəngli inqilab” riski daşıyır”

“Gürcüstanın “Xarici agentlər haqqında” qanunu ABŞ üçün qəbuledilməzdir. Çünki onun qəbulu Gürcüstanın suverenliyini təmin edəcək”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bu qanun layihəsi ABŞ üçün qəbuledilməz idi. O, Vaşinqtonun ölkənin daxili siyasi həyatına təsirini məhdudlaşdırırdı. Qanunun Gürcüstan Parlamentində müzakirədən çıxarılması ilə Gürcüstan suverenlik şansını itirdi”, - Volodin “Telegram” kanalında yazıb.

Volodinin fikrincə, Vaşinqtonun diktə etdiyi qaydalarla razılaşmayan istənilən dövlət “rəngli inqilab” riski daşıyır.

“ABŞ-ın üç əsas təzyiq rıçaqı var: maliyyə, hərbi və yumşaq güc. Sonuncu isə müxalifəti maliyyələşdirməkdir”, - deyə rus siyasətçi qeyd edib.

Dövlət Dumasının spikeri vurğulayıb ki, qanunun qəbulu Gürcüstan hakimiyyətinə xaricdən müxalifət, media və “anti-Gürcüstan gündəmini formalaşdıran” ictimai təşkilatlar üçün köçürülən vəsaitlərə nəzarət etməyə imkan verəcəkdi: “Lakin etirazlar üzündən Tbilisi xalqın iradəsinə deyil, ABŞ-a tabe olmağa məcbur oldu”.

Volodin xatırladıb ki, Rusiya çoxqütblü dünyanın və digər ölkələrin daxili işlərinə qarışmamağın tərəfdarıdır.

Qeyd edək ki, Gürcüstanda “Xarici təsir agentləri haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi fonunda martın 7-də Tbilisidə etiraz aksiyaları başlayıb. Qanun layihəsini Gürcüstan Prezidenti Salome Zurabişvili tənqid edərək ona veto qoyacağını vəd edib. Martın 9-da sənəd Gürcüstan Parlamentindən geri götürülüb. Buna baxmayaraq, müxalifət etirazları davam etdirəcəklərinə söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş