Von der Leyen: “Ukraynanın gələcəyi Avropa Birliyindədir”

Dünya

26.11.2025 - 17:36

“Bu, istənilən təhlükəsizlik zəmanəti sisteminin əsas və ayrılmaz hissəsidir”

“Ukraynanın gələcəyi Avropa Birliyindədir”. AYNA.AZ “The Guardian”a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa Parlamentindəki çıxışında deyib.

Onun sözlərinə görə, Ukrayna öz gələcəyini və "Avropa taleyini" seçməkdə azad olmalıdır.

"Bu, sadəcə tale məsələsi deyil. Bu, istənilən təhlükəsizlik zəmanəti sisteminin əsas və ayrılmaz hissəsidir və biz bunu birlikdə həyata keçirmək üçün əlimizdən gələni edəcəyik", fon der Leyen bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş