Volodin: “BRİKS artıq böyük iqtisadi mərkəzə çevrilib”

Dünya

14.10.2024 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

“Getdikcə daha çox ölkə anlayır ki, BRİKS çoxqütblü dünyanın təminatıdır”

“Getdikcə daha çox ölkə anlayır ki, BRİKS çoxqütblü dünyanın təminatıdır. Birlik artıq ən böyük iqtisadi mərkəzə çevrilib”. AYNA xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Serbiya BRİKS-ə üzv olmağı planlaşdırır: “Serbiya BRİKS-ə Avropa İttifaqına alternativ kimi baxır. Çünki ölkə Aİ-ni tərəfdaş kimi görmür”.

Volodin əlavə edib ki, getdikcə daha çox ölkə BRİKS-in çoxqütblü dünyanın perspektivi və təminatı olduğunu başa düşür.

“Assosiasiyanın iştirakçıları və müşahidəçiləri şantaj edilmir, onlara əməkdaşlıq üçün absurd şərtlər qoyulmur və onlar Avropa İttifaqından fərqli olaraq bu ölkələrin suveren işlərinə qarışmırlar. Vaşinqton və Brüsselin bu cür siyasəti, gördüyümüz kimi, əks effektə gətirib çıxardı. BRİKS ölkələrinin iqtisadiyyatı bu gün G7-nin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir”, - Dövlət Dumasının sədri əlavə edib.

Onun sözlərinə görə, Aİ durğunlaşır: “Almaniya, Finlandiya, Avstriya, Estoniyada ÜDM azalır, sənaye əhəmiyyətli itkilərə məruz qalır2.

Volodin qeyd edib ki, BRİKS 10 ölkəni və dünya əhalisinin 45%-ni birləşdirir və daha 30-dan çox dövlət burada iştirak etməkdə maraqlıdır: “BRİKS-in Kazanda keçiriləcək sammitinə 30-dan çox ölkənin nümayəndəsi gələcək. Vaşinqton və Brüsselin hegemonluğu üçün vaxt daralır. Ölkələr ABŞ və onun əlaltılarının xoşuna gəlmək üçün deyil, insanların mənafeyi naminə bərabərhüquqlu dialoq və qarşılıqlı faydalı əməkdaşlıq yolunu seçirlər. Artıq ən böyük iqtisadi mərkəzə çevrilmiş BRİKS gələcəkdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş