Vitkoff: "Rusiya bizə bildirdi ki, İrana kəşfiyyat məlumatı vermir"

Dünya

11.03.2026 - 14:25

“Yuri Uşakovla ayrıca söhbət etdik və o da eyni sözləri təkrarladı”

ABŞ liderinin xüsusi nümayəndəsi qeyd edib ki, oxşar açıqlama Rusiya prezidentinin köməkçisi Yuri Uşakov tərəfindən də edilib.

“Rusiya bizə bildirdi ki, İrana kəşfiyyat məlumatı vermir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

"ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Rusiya tyərəfi kəşfiyyat məlumatı paylaşmadığını bildirib. Dünən səhər ABŞ liderinin kürəkəni Cared Kuşner və mən Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla ayrıca söhbət etdik və o da eyni sözləri təkrarladı", - Uitkoff bildirib.

Qeyd edək ki, martın 9-da Uşakov Rusiya Prezidenti Vladimir Putinin Trampla telefonla danışdığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən bir saatlıq söhbət İran və Ukrayna ətrafındakı münaqişələrə, eləcə də Venesueladakı vəziyyətə yönəlib.

Bu, Putinlə Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və həmçinin ABŞ və İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş