Separatçı “Makarov” tapançasını təhvil verib
Ermənistan İstintaq Komitəsi Xankəndidəki qanunsuz rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını elan edib.
AYNA erməni mediasına istinadən bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, separatçı “Makarov” tapançasını təhvil verib.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açıldığını deyib.
Ermənistan qanunvericiliyinə görə, bu maddə ilə azadlıqdan məhrum etmənin maksimum müddəti üç il təşkil edir.