Vilayət Eyvazov Oğuzda vətəndaş qəbulu keçirəcək

Xəbərlər

04.06.2024 - 14:56

cedabet dərman SEO Xidməti

Daxili işlər naziri Oğuz rayonunda vətəndaşları qəbul edəcək

İyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyunun 24-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş