“Ukraynanın ən yaxşı perspektivi Rusiya ilə Qərb arasında bufer zona yaratmaqdır”
“Ukrayna Rusiya və Qərb arasında bufer roluna uyğundur”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Die Presse” nəşrinə deyib.
“Ukrayna xəritədə olduğu yerdə yerləşir. Onun ən yaxşı perspektivi Rusiya ilə Qərb arasında bufer zona yaratmaq olardı”, - Orban bildirib.
Baş nazirin sözlərinə görə, Kiyev də təhlükəsizlik zəmanəti almalıdır: “Əks halda, ukraynalılar öz ölkələrini itirmək riski ilə üzləşirlər”.
Orban da hesab edir ki, Ukraynada müharibə bu il bitməyəcək.