Vens: “Yaxın Şərqdə çoxlu hərbi qüvvəmiz var”

Dünya

23.01.2026 - 16:22

"Prezidentin oynaya biləcəyi çoxlu kart var

“Amerika qüvvələrinin əhəmiyyətli hissəsi Yaxın Şərqdə cəmləşib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

"Prezidentin oynaya biləcəyi çoxlu kart var. Onun nə edəcəyini dəqiq deməyəcəyəm, amma birdən çox seçimimiz olduğundan əmin olmaq istəyirik. Bölgədə çoxlu hərbi qüvvəmiz var", - deyə o “Newsmax”a verdiyi müsahibədə ABŞ-ın İrana qarşı siyasətini müzakirə edərkən bildirib.

Vitse-prezidentin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp "sadəcə əmin olmaq istəyir ki, ABŞ İran həqiqətən axmaq bir şey edərsə ona cavab vermək üçün lazımi resurslara malikdir”.

Tramp əvvəllər ABŞ-ın İranı izlədiyini və bölgəyə gəmilər də daxil olmaqla əhəmiyyətli qüvvələr göndərdiyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş