Venesiyada 187 santimetr yağan yağışlar daşqınlara səbəb olub
İtaliyanın Nazirlər Şurası Venesiyada daşqınların vurduğu ziyanın aradan qaldırlması üçün büdcədən 20 milyon avro ayırıb.
AYNA xəbər verir ki, bu barədə Baş Nazir Cüzeppe Konte Tvitter səhifəsində yazıb. Qeyd edilib ki, Venesiyada, həmçinin, fövqəladə vəziyyət elan edilir.
Qeyd edək ki, Venesiyada 187 santimetr yağan yağışlar daşqınlara səbəb olub. Şəhərin 80%-i su ilə örtülüb. Dəyən ziyan milyonlarla avro məbləğində hesablanır.