Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri yerləşdiriləcək

Dünya

27.11.2025 - 12:46

“Prezident Donald Tramp məndən xahiş etdi ki, əsgər sayı artırılsın”

ABŞ Silahlı Qüvvələri qanun və qaydanı təmin etmək üçün paytaxt Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri yerləşdirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Ağ Ev yaxınlığında baş verən və iki Milli Qvardiya əsgərinin yaralandığı atışmadan sonra deyib.

"Bu, belə qalmayacaq və buna görə də Prezident Donald Tramp məndən xahiş etdi ki, əsgər sayı artırılsın. Mən Ordu və Milli Qvardiya katibinə göstəriş verəcəyəm ki, Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri yerləşdiriilsin", - deyə o Dominikan Respublikasına səfəri zamanı jurnalistlərə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş