Fin körfəzi Ukrayna dronları səbəbindən bağlana bilər

Dünya

06.07.2026 - 16:05

“Dronlar təhlükəsiz şəkildə məhv etmək üçün körfəzdə hava və dəniz nəqliyyatını bağlamaq lazımdır”

“Fin körfəzi Ukrayna dronları səbəbindən bağlana bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Finlandiyanın müdafiə naziri Antti Häkkänen deyib.

O 4 iyul səhəri tətbiq edilən məhdudiyyətlərin Ukraynanın Sankt-Peterburqa dron hücumu ilə əlaqəli olduğunu bildirib. Nazir izah edib ki, “dronlar təhlükəsiz şəkildə məhv etmək üçün körfəzdə hava və dəniz nəqliyyatını bağlamaq lazımdır”, çünki körfəz "o qədər dardır ki, vəziyyət bir neçə dəqiqə ərzində dəyişə bilər".

O sakinləri dron xəbərdarlıqlarına diqqət yetirməyə çağırıb: "Həvəsli bir balıqçı kimi, qayıqçıların hava proqnozunu və dəniz şəraitini yoxladığını bilirəm. İndi rəsmi xəbərləri də izləmək lazımdır. Dəniz bir neçə saat bağlanarsa, balıq ovu təxirə salınmalı olacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş