On minlərlə insan mərhum Ali Rəhbərinə ehtiramını bildirmək üçün Tehran küçələrinə çıxıb
28 fevralda İsrail-Amerika birgə hava hücumları nəticəsində öldürülən İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin cənazəsinin olduğu tabut Tehran küçələrində daşınır. AYNA.AZ xəbər verir ki, on minlərlə insan İslam Respublikasının mərhum Ali Rəhbərinə ehtiramını bildirmək üçün Tehran küçələrinə çıxıb.
Bazar günündən bəri Xameneyinin cənazəsi Tehrandakı Mosalla Böyük Məscidindədir və dövlət səviyyəsində vida keçirilir. Xameneyinin üç oğlu - Məsud, Mustafa və Meysəm - bazar günü vida mərasimində iştirak ediblər. Onlar mərasimdə Prezident Məsud Pezeşkian və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Əhməd Vahidi ilə birlikdə iştirak ediblər. Lakin onun varisi Müctaba Xameneyi təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən mərasimdə iştirak etməyib.
İlk gün, 3 iyulda Xameneyinin vida mərasimində 100-dən çox ölkənin nümayəndəsi iştirak edib.
Mərasim əvvəlcə martın əvvəlində planlaşdırılırdı, lakin aktiv hərbi əməliyyatlar və təhlükəsizlik problemləri səbəbindən yas mərasi onun ölümündən dörd aydan çox sonra keçirildi.
Tehrandan sonra Xameneyinin cənazəsi şiə müsəlmanları tərəfindən müqəddəs hesab edilən Kərbəla və Nəcəf şəhərlərinə aparılacaq. Bu şəhərlərdəki vida mərasimlərindən sonra Xameneyi 9 iyulda Məşhəddə dəfn olunacaq.