Moskva üzərində 36 dron vurulub

Dünya

07.07.2026 - 09:47

Səhər saat 6-ya qədər 430 PUA uçub

Bazar ertəsi axşamdan çərşənbə axşamı səhər saat 6-ya qədər Moskva bölgəsinə doğru 430-dan çox dron uçub. AYNA.AZ xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib.

O dronlardan əksəriyyətinin uzaq məsafədən hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini, Moskvaya yaxınlaşarkən isə 36 dronun vurulduğunu bildirib.

“Bazar ertəsi axşamından səhər saat 6-ya qədər Moskva bölgəsinə 430-dan çox dron uçub. Onların əksəriyyəti uzaq məsafədə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Moskvaya yaxınlaşarkən 36 düşmən dronu məhv edilib”, – mer bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş