Varşavada ticarət mərkəzində güclü yanğın olub

Dünya

12.05.2024 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Genişmiqyaslı yanğını söndürmək üçün 180 yanğınsöndürən cəlb edilib

Varşavada ticarət mərkəzində baş vermiş güclü yanğını söndürmək üçün 180 yanğınsöndürən cəlb edilib. AYNA xəbər verir ki, bu barədə yerli RMF24 telekanalı məlumat yayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin baş komandiri, general Mariuj Feltinovskinin bildirdiyinə görə, yanğın Marbilski küçəsi, 44 ünvanında baş verib. Şahidlərin sözlərinə görə, insident yerli vaxtla səhər saat üç radələrində başlayıb və yanğın hələ də davam edir. Baş verən yanğını söndürmək hələlik mümkün olmayıb.

Yanğınsöndürənlər yanğının bir neçə yerdə baş verdiyini və içəridə tekstil kimi çoxlu yanar materialların olması səbəbindən sürətlə yayılmağa başladığını güman edirlər.

Yanğınsöndürən briqada gələnə qədər bir neçə nəfər mallarını saxlamaq üçün ticarət mərkəzinə daxil olmağa çalışıb. Buna görə də xəsarət alanların olduğu ehtimal edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş