Van Denski: “İordaniya kralı görüşməkdən imtina edərək Baydeni alçaltdı”

Dünya

19.10.2023 - 09:56

“II Abdullahın görüşməkdən imtina etməsi ABŞ Prezidenti Co Baydenin üzünə açıq şapalaq oldu”

“İordaniya kralı II Abdullahın görüşməkdən imtina etməsi ABŞ Prezidenti Co Baydenin üzünə açıq şapalaq oldu”. AYNA xəbər verir ki, bu fikri beynəlxalq jurnalist və siyasi şərhçi Anna van Denski özünün “YouTube” kanalında bildirib.

Van Denski Baydenin Yaxın Şərqə səfərini uğursuz adlandırıb. Onun fikrincə, II Abdulla Baydenlə görüşməkdən imtina edərək onu aşağılayıb.

Jurnalist əlavə edib ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da Baydenlə görüşdən imtina edib və bu, üzünə ikinci sillə olub.

“Bu, administrasiyanın üzünə ikinci sillədir və bu səfərin niyə ictimai alçaldılma məqsədi ilə təşkil edildiyi tamamilə anlaşılmazdır. Çünki səfəri qəbul etmək üçün səkkiz saat gözləyən ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı artıq aydın idi”, - jurnalist əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş