Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

13.11.2021 - 19:57

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 504 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 400, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 25 635 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 062 192, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 018 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 473 436, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 570 598 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş