Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayır

Xəbərlər

23.08.2021 - 08:33

Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər təqdim ediləcək

 

Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzi avqustun 23-dən, yəni bu gündən fəaliyyətə başlayır.

 

AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.

 

Qeyd edilib ki, mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər təqdim ediləcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

 

- müxtəlif arayışların verilməsi;

 

- əlilliyin müəyyən edilməsi,

 

- reabilitasiya vasitələri ilə təminat;

 

- məşğulluq xidmətləri;

 

- pensiya, müavinət və təqaüdlərin təyini;

 

- peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort tyovkaları ilə təminat.

 

Müdafiə Nazirliyi üzrə:

 

- şəhid və şəhid ailəsi statusu, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu;

 

- orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu;

 

- xəsarət və əlilliyin müəyyən edilməsi üzrə arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;

 

- sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.

 

Səhiyyə Nazirliyi üzrə:

 

- tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:

 

- hərbi xidmətkeçmə haqqında arayış verilməsi;

 

- çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;

 

- müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışların verilməsi;

 

- hərbi qeydiyyatda olma barədə arayış verilməsi.

 

Yerli icra hakimiyyəti orqanları üzrə:

 

- yaşayış sahəsinə ehtiyaca dair müraciətlərin qəbulu;

 

- yaşayış sahəsi üzrə növbəliliyin ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;

 

- ailə tərkibi barədə və digər arayışların verilməsi;

 

- şəhid adının əbədiləşdirməsi barədə müraciətlərin qəbulu.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:

 

- səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;

 

- immunoprofilaktikaya dair məlumat verilməsi;

 

- tibbi arayışların elektron registrindən məlumatların verilməsi.

 

Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:

 

- həlak olmuş, əlilliyi müəyyən edilmiş və xəsarət almış hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.

Müəllif: Ayna.az