ÜST deksametazondan istifadəyə aydınlıq gətirib

Xəbərlər

28.06.2020 - 15:21

cedabet dərman SEO Xidməti

Düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir

 

Böyük Britaniya Birləşmiş Krallığında aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub. AYNA bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin açıqladığı məlumata görə, deksametazon COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

 

ÜST-ün Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş