ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Dünya

09.01.2021 - 03:14

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 771 mindən çox artıb.

 

AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 771 527 nəfər yeni koronavirusa yoluxub, 13 696 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 86 749 940, ölənlərin isə 1 890 342 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş