ABŞ yenidən koronavirusa görə ÜST və Çini ittiham etdi
ABŞ yenidən Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) koronavirus pandemiyası səbəbi ilə ittiham edib. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Katibi Mayk Pompeo İngiltərədən olan deputatlara bildirib ki, ÜST Çin tərəfindən satın alınmış təşkilatdır.
Pompeo koronavirusdan ölən ingilislərə və dünya əhalisinə görə, məsuliyyəti Çin və onun ələ aldığı ÜST daşıyır. Bundan əlavə, Baş Katib ÜST-ün elmi bir təşkilat olmadığını söyləyib.
Qeyd edək ki, əvvəl də rəsmi Vaşinqton ÜST-ün rəhbərini Pekinlə yaxın əlaqələrdə ittiham edib. ABŞ hesab edir ki, ÜST Çində koronavirus infeksiyası başlayan zaman məsələni gizləyib, bir neçə Aydan sonar pandemiya elan edib.
Ağ Ev aprel ayının ortalarında ÜST üçün maliyyəni dayandırıb. May ayının sonunda isə Prezident Donald Tramp ÜST ilə qarşılıqlı əlaqənin bitdiyini elan edib.