ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzadıb

Dünya

02.08.2020 - 00:04

Həkimlər Klinikalar SEO Xidməti

Fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı qərar verilib

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

 

 AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir.

 

Qeyd edilir ki, komitə “yekdilliklə razılaşıb ki, beynəlxalq narahatlığa səbəb olan pandemiya hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaradır”.

 

Komitə bu rejimin uzadılması ilə bağlı tövsiyəsini ÜST-ün baş direktoru Tedros Adan Qebreyesusa təqdim edib, sonuncu bununla razılaşıb. Bununla əlaqədar olaraq "komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq", - xəbərdə deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş