Universitetlərə qəbul üzrə ümumi plan yeri 5 faiz artıb

Xəbərlər

24.08.2021 - 16:39

Birinci qrup üzrə 820 yer, dördüncü qrup üzrə 75 yer artıb

 

“Abituriyent” jurnalında dövlət sifarişli yerlər bütün qruplar üzrə göstərilib. Ümumi plan yeri 5 faiz artıb, yəni 1185 nəfər əlavə qəbul olunacaq. Birinci qrup üzrə 820 yer, dördüncü qrup üzrə 75 yer artıb.

 

AYNA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook”  səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.

 

Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III ixtisas qrupu üzrə abituriyentlərin suallarını cavablandırıb.

Müəllif: Ayna.az