"Mən iki il ərzində Aİ-yə qoşulma ehtimalını qətiyyən görmürəm"
Avropa Parlamenti Ukraynanın yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) daxil olması üçün heç bir perspektiv görmür. AYNA.AZ xəbər verir ki, bu barədə Avstriyanın "Der Standard" qəzeti ölkəni təmsil edən parlament üzvlərinə istinadən məlumat yayıb.
"Mən iki il ərzində Aİ-yə qoşulma ehtimalını qətiyyən görmürəm", - deyə Avstriya Xalq Partiyasından (ÖVP) olan parlament üzvü Reynhold Lopatka nəşrə verdiyi müsahibədə deyib.
O belə bir addımın Balkan dövlətlərinə qarşı ədalətsiz olacağını qeyd edib və bu məsələdə Aİ üzv dövlətləri arasında konsensusun olmamasına işarə edib.
Yeni Avstriya və Liberal Forumundan (NEOS) olan parlament üzvü Helmut Brandştetter yekdillik prinsipini aradan qaldırmaq üçün əvvəlcə Aİ daxilində daxili islahatların zəruri olduğu fikrini bildirib.