Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk şəhərlərinə hücum edilib
İyulun 8-də Rusiya ordusu Ukraynaya 40-dan çox müxtəlif tipli raket atıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski deyib.
Qeyd edib ki, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk şəhərlərinə hücum edilib.
Kiyevdə Okhmadet uşaq xəstəxanasına hücum edilib. Bu barədə Kiyev meri Vitali Kliçko bildirib. Toksikologiya şöbəsi dağıdılıb. Dağıntılar altında uşaqlar ola bilər. İşçilər və xəstələr təxliyə edilir. Yaşayış və ofis binalarına da ziyan dəyib.
Krivoy Roqda bir neçə zərbə qeydə alınıb. Raketlərdən biri sənaye müəssisəsinin inzibati binasına düşüb. Şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, 10 nəfər həlak olub, daha 31 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan 10-nun vəziyyəti ağırdır.