Vətəndaşların 33,2 faiz Krımın Rusiyanın işğalında qalacağına inanır
Ukraynalıların yarısı Krımın ölkəyə qaytarılmasına inanır. AYNA xəbər verir ki, bu barədə “Active Group” şirkətinin araşdırmasında qeyd edilib.
Şirkət Ukrayna vətəndaşları arasında keçirilən sorğunun nəticəsinə əsasən bəyan edib ki, respondentlərin 46,1 faiz yarımadanın geri qaytarılacağına ümidlidir. Onların 4,3 faizi bunun tezliklə, 41,8 faizi isə uzunmüddətli perspektivdə olacağına inanır. 33,2 faiz Krımın Rusiyanın işğalında qalacağına inanır. Respondentlərin beşdə biri cavab verməkdə çətinlik çəkib.
Bundan əvvəl Ukrayna Ali Radasının “Müxalifət platforması – ömür boyu” Partiyasından olan deputatı İlya Kiva bildirib ki, ABŞ hakimiyyəti 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı ilə gizli şəkildə razılaşıb. Parlamentari əlavə edib ki, Amerika tərəfi öz nəzarəti altında olan qüvvələri Ukraynada hakimiyyətə gətirməklə regionda özünəməxsus strateji vəzifələri olan Rusiyanın mövqeyinə məhəl qoymaya bilməz.