Ukraynalı diplomat Göyçə gölündə boğuldu

Dünya

14.08.2023 - 14:26

cedabet dərman SEO Xidməti

Səfirin müşaviri göldə çimərkən batıb

Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğulub. AYNA erməni mediasına istinadən bildirir ki, hadisə göldəki ikinci ictimai çimərlikdə baş verib. Hadisə yerinə polis və müstəntiqlər gəlib. Faktla bağlı araşdırma başlayıb.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, orta yaşlı kişi Göyçə gölündə çimərkən batıb.

Mənbənin bildirdiyinə görə, avqustun 13-də saat 20:17-də Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 25 metr aralıda yerləşən Göyçə-2 ictimai çimərliyində növbətçi sularda xilasetmə dəstələrinə göldə batma ilə bağlı çağırış gəlib. Köməyə gələn xilasetmə qrupları kişini sudan çıxarıb. Təcili yardım hadisə yerinə gəlsə də, şəxsin öldüyü müəyyən olunub.

“Shamshyan.com” saytının məlumatına görə, batan şəxs Ukraynanın Ermənistandakı səfirinin müşaviridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş