Ukraynada Rusiya ilə bağlı qadağalar qoyulub
Ukrayna parlamenti Rusiya ordusunun istifadə etdiyi rəmzlərə qadağa qoyan qanun layihəsini ikinci oxunuşda təsdiq edib.
AYNA xəbər verir ki, bu barədə millət vəkili Yaroslav Jelezniak "Telegram" kanalında bildirib.
Həmin qanun Rusiyanın mövcud rejimini və Ukraynada apardığı müharibəni təbliğ edən hər cür məlumatlara qadağa qoyur.
Qanunda Rusiya ordusunun istifadə etdiyi “Z” və “V” simvolları, onları kiril əlifbasında əks etdirən hərflər qadağan olunub.