Ukraynada COVID-19-dan ölənlərin sayı 7 min 306-a çatıb

Dünya

01.11.2020 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə yoluxanların ümumi sayı isə 395 min 440-dır

 

Ukraynada koronavirusa yoluxma halları çoxalır. AYNA xarici mediaya istinadən bildirir ki, ötən gün Ukraynada 110 nəfər COVID-19-dan ölüb. Bununla da virusdan ölənlərin sayı 7 min 306 nəfərə çatıb.

 

Son sutka ərzində ölkədə 7 min 959 nəfər koronavirusa yoluxub ki, bununla da yoluxanların ümumi sayı 395 min 440-a çatıb. 161 min 441 nəfər sağalıb.

 

Ukraynada ən çox yoluxma halları paytaxt Kiyevdə, daha sonra Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş