Ukraynada COVID-19-a yoluxanların sayı artıb

Dünya

23.07.2020 - 15:28

Koronavirusdan ümumilikdə 1551 ölüm faktı qeydə alınıb

 

Ukraynada koronavirusa yoluxma sayında artım müşahidə olunub. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu ölkədə ötən gün ərzində 856 nəfər COVID-19-a yoluxub. 828 nəfər isə xəstəlikdən sağalıb.

 

Yoluxma halları daha çox Kiyevdə, Lvov və İvano-Frankovsk vilayətlərində qeydə alınıb.

 

Ölkədə COVID-19 xəstəliyindən ümumilikdə 1551 ölüm faktı qeydə alınıb, 34 min nəfər sağalıb. Hazırda aktiv xəstələrin sayı 28 mindir.

 

Qeyd edək ki, Ukraynada artıq 3 gündür yoluxmaların sayında yüksək artım müşahidə olunur. 

Müəllif: Ayna.az