Ukraynada 15 mədənçi dron hücumu nəticəsində həlak olub

Dünya

02.02.2026 - 00:52

"Hücumlardan birinin episentri növbədən sonra mədənçiləri mədəndən daşıyan iş avtobusu olub"

Rusiya dronlarla Ukraynanın Dnepropetrovsk vilayətindəki DTEK enerji şirkətinə məxsus mədənə hücum edib. Nəticədə 15 mədənçi həlak olub, 7-si yaralanıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumatda deyilir: "Hücumlardan birinin episentri növbədən sonra mədənçiləri mədəndən daşıyan iş avtobusu olub".

Ukrayna Mədənçilərinin Müstəqil Həmkarlar İttifaqının sədri Mixaylo Volınets bildirib ki, dörd kamikaze dron Ternovka şəhərindəki kömür mədəninə, eləcə də növbə dəyişikliyi zamanı mədən işçilərini daşıyan avtobusa zərbə endirib.

Rusiya ordusu hücumla bağlı heç bir şərh verməyib.

Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, dron Pavloqrad rayonundakı bir şirkətdə şirkət avtobusuna zərbə endirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş