Növbəti raundun martın 28-30-da keçirilməsi qərara alınıb
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti üz-üzə görüş Türkiyədə keçiriləcək.
AYNA xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya bildirib.
“Bu gün videokonfransla keçirilən danışıqların növbəti raundunda iki nümayəndə heyəti tərəfindən növbəti canlı raundun martın 28-30-da Türkiyədə keçirilməsi qərara alınıb”, - o qeyd edib.
D.Araxamiya əlavə edib ki, təfərrüat sonra açıqlanacaq.