Ukrayna Müdafiə Nazirliyi Strateji Sənaye Nazirliyi ilə birlikdə gələn il raket, sursat, silah və hərbi texnikanın istehsalını bir neçə dəfə artıracaq.
AYNA-nın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram -səhifəsində müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk bildirib.
Məlumata görə, əsas diqqət hava hücumundan müdafiə sistemlərinin istehsalına yönəldiləcək.
Qavrilyukun sözlərinə görə, 2024-cü il üçün təsdiq edilmiş büdcədə raket və sursatların alınması üçün təxminən 175 milyard qrivna nəzərdə tutulub.