Ukrayna silah alışında Qətər və Hindistanı qabaqlayıb

Dünya

13.03.2023 - 13:53

cedabet dərman SEO Xidməti

Ən böyük silah idxalçıları reytinqində Ukrayna üçüncü yeri tutub

Ən böyük silah idxalçıları reytinqində Ukrayna Qətər və Hindistanı qabaqlayaraq üçüncü yeri tutub. AYNA xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) rəsmi saytında dərc olunmuş illik hesabatda qeyd edilib.

Hesabata görə, 2022-ci ilin fevralından sonra Ukrayna ABŞ və Avropa İttifaqının yardımı ilə silah idxalını əhəmiyyətli dərəcədə artırıb, baxmayaraq ki, əvvəllər reytinqdə Ukrayna aşağı yerlərdə dayanırdı.

SIPRI hesabatlarında ABŞ, Rusiya, Fransa, Çin və Almaniyanı 2018-2022-ci illər arasında silah ixrac edən ilk beş ölkə olmuşdu. Hazırkı məlumatlara görə, Rusiya tədarükünün azalması səbəbindən ABŞ və Rusiyanın silah ixracının səviyyəsi arasında fərq xeyli artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş